Bu gün qızılın qiyməti əvvəlki ticarət sessiyasında qeydə alınan kəskin enişdən sonra yenidən aşağı düşüb.
Bu barədə “News.am” məlumat yayıb.
Bildirilib ki, “Comex” birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 0,8 faiz azalaraq bir troya unsiyası üçün 4029 dollara enib.
Gümüşün qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, gümüş 1,7 faiz dəyər itirərək bir troya unsiyası üçün 54,05 dollara düşüb.
Platin isə 0,7 faiz ucuzlaşaraq bir troya unsiyası üçün 1566,3 dollar təşkil edib.
Müəllif: Roza
Mənbə: publika.az