Qonşu ölkə büdcəsini sürücü cərimələri ilə doldurur - 9 ayda yığılan pullar...

Qonşu ölkə büdcəsini sürücü cərimələri ilə doldurur - 9 ayda yığılan pullar...

2026-cı ilin ilk doqquz ayında sürücülər yol hərəkəti qaydalarının pozulmasına görə ümumilikdə 193 milyon lari (74,2 milyon dollar) cərimə ödəyiblər.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artıb.

Cərimələrdən əldə olunan vəsaitin 77,3 milyon larisi (29,7 milyon dollar) Gürcüstanın mərkəzi büdcəsinə, 116 milyon larisi (44,6 milyon dollar) isə bələdiyyələrin büdcələrinə daxil olub.

Beləliklə, cərimələrdən toplanan vəsaitin təxminən 60 faizi yerli büdcələrə, 40 faizi isə dövlətin mərkəzi büdcəsinə yönəlib.

Gürcüstan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığının hesabatına əsasən, 2025-ci ilin müvafiq dövründə yol hərəkəti cərimələrindən büdcəyə təxminən 188 milyon lari daxil olmuşdu. Bu il həmin məbləğ 5 milyon lari artıb.

2026-cı ilin ilk doqquz ayının göstəricilərinə görə, Gürcüstanda yol hərəkəti cərimələrindən büdcəyə hər ay orta hesabla 21,4 milyon lari, gündə isə təxminən 707 min lari daxil olub.

Mənbə: musavat.com