Multikulturalizm Azərbaycana milyonlar qazandıra bilər

Multikulturalizm Azərbaycana milyonlar qazandıra bilər

Azərbaycanın multikulturalizm ənənələri ölkənin turizm potensialının gücləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması və investisiyaların cəlb olunması üçün mühüm üstünlükdür.

Turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, ölkədə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşaması digər cəmiyyətlər üçün də nümunədir. Lakin bu potensialdan turizm məhsulu kimi hələ tam istifadə olunmur.
Ekspertin sözlərinə görə, Quba, Qırmızı qəsəbə, Nic kəndi, Şəki və Naxçıvandakı dini abidələri əhatə edən marşrutlar hazırlanaraq multikultural dəyərlər əsasında təqdim edilə bilər. Bu, həm ölkənin beynəlxalq səviyyədə tanıdılmasına, həm də turizm gəlirlərinin artmasına töhfə verər.
C.Aşurov hesab edir ki, mədəni irsin qorunması ilə yanaşı, onun turizm marşrutlarına daxil edilməsi, tematik festivalların və tədbirlərin təşkili, biznesin bu prosesə cəlb olunması vacibdir. Bunun üçün beynəlxalq tanıtım və investisiyaların təşviqi də gücləndirilməlidir.
Ekspert vurğulayıb ki, Azərbaycanın multikultural zənginliyi turizm gəlirlərinin və məşğulluğun artmasına, eləcə də ölkədə iqtisadi fəallığın yüksəlməsinə xidmət etməlidir.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az