Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”in fəaliyyətini bərpa etməsindən sonra müştərilər platformadan 3,6 milyard dollar dəyərində aktiv çıxarıblar.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunur ki, kütləvi haker hücumu nəticəsində təxminən 6,3 milyard dollar dəyərində aktivin oğurlanmasından sonra şirkət bütün əməliyyatları müvəqqəti dayandırmışdı.
“Binance”dən bildirilib ki, noyabrın 2-də Bitcoin və Ethereum da daxil olmaqla, 20-dən çox əsas kriptovalyutanın çıxarılması bərpa edilib.
Digər xidmətlər isə təhlükəsizlik yoxlamaları başa çatdıqca mərhələli şəkildə istifadəyə veriləcək.
Bizim.Media
Mənbə: bizim.media