"2027-ci ildən etibarən Dövlət Vergi Xidmətində olan informasiyalar əsasında, mobil həllər vasitəsilə tam avtomatlaşdırılmış bəyannamələrin təqdim edilməsi prosesini işə salmağı planlaşdırırıq. Bununla bağlı müvafiq texniki həllər tamamlanmaq üzrədir".
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev deyib. Onun sözlərinə görə, yeniliklərdən biri də odur ki, hətta vergi orqanlarının məlumatları ilə razılaşan sahibkar üçün sistemə daxil olub bəyannaməni təsdiq etməyə ehtiyac qalmasın:
"Yəni kifayət qədər elektronlaşmış bir mühitdə olan informasiyalar əsasında bəyannamələrin təsdiq prosesini avtomatik qaydada həyata keçirməyi planlaşdırırıq və bununla bağlı da qanunvericiliyə müvafiq dəyişikliklər həyata keçirilib. Əsas hədəfimiz inzibati alətlərin minimum səviyyədə tətbiqi və maksimum dərəcədə riskəsaslı olması, vergi və digər qanunvericiliklərə əməl etmənin asanlaşdırılmasıdır".
Mənbə: unikal.az