Qiymətləndirmə monitorinqində 4500-dən artıq şagird iştirak etdi

Qiymətləndirmə monitorinqində 4500-dən artıq şagird iştirak etdi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 22-də IX siniflər üçün buraxılış imtahanı modelinə uyğun qiymətləndirmə monitorinqi keçirilib. Məqsəd şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi olub.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, monitorinqdə 4500-dən artıq şagird iştirak edib.

Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil edilib.

Mənbə: publika.az