Avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verildi - Video

Avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verildi -

Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud svetofora avtobuslar üçün ayrıca quraşdırılan svetofor artıq istifadədədir.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, avtobus sürücüləri həmin svetoforun siqnallarına uyğun şəkildə hərəkəti davam etdirirlər.

Qeyd edək ki, avtobus svetoforlarının quraşdırılmasında əsas məqsəd avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verildi - Video - foto 1

Mənbə: bizim.media