Birləşmiş Ştatlar Qəzzaya ilk humanitar yardımın daşınmasını başa çatdırıb.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, qida "C-130 Hercules" təyyarəsindən paraşütlə atılıb.
Agentliyin məlumatına görə, 38 mindən çox ərzaq bağlaması hava yolu ilə çatdırılıb, su və ya dərman olmayıb.
Bildirilib ki, üç təyyarədən ümumilikdə 66 yük atılıb.
Ağ Ev belə hava daşımalarının mütəmadi olacağını və İsrailin bu səyləri dəstəklədiyini bildirib.
Mənbə: apa.az