Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Türkiyə İnkişaf Yolu Layihəsi və Zəngəzur dəhlizi çərçivəsində planlaşdırılan avtomobil və dəmir yolları üçün işlərə başlayıb.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Avtomobil Yolları Baş Müdirliyinin (KGM) 74-cü region müdirləri yığıncağının açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə Mərkəzi Asiya arasında yeni əlaqələr yaranacaq.

“Artıq işlərə başlamışıq. Türkiyə beynəlxalq nəqliyyat sisteminə inteqrasiyaya üstünlük verir", - nazir qeyd edib.

Mənbə: axar.az