“Bununla tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq”

“Bununla tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq”

“Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq”.

Bu barədə “Elektron tibbi arayış” xidmətinin təqdimatı mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, elektronlaşma ilə tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq: “Əvvəllər kağız üzərində arayış növbələrə səbəb olurdu. Vətəndaşlar hazır olanda onu almaq üçün bir dəfə də tibb müəssisəsinə gəlməli olurdular. Bu həm də kağıza qənaət deməkdir. COP29-un keçiriləcəyi ərəfədə hesab edirəm ki, bu elektronlaşma səmərəli olacaq”.

***

Elm və təhsil nazirinin müavini Həsən Həsənli isə bildirib ki, arayışların elektronlaşması vətəndaşlara xidmətlər zəncirində ən həssas məqamlardan biridir: “Təkcə ali təhsillə bağlı hər il 65 min vətəndaş arayışla bağlı müraciət edir. Biz bu prosesi nə qədər sürətli etsək, vaxta qənaət etmiş olarıq”.

O qeyd edib ki, bu prosesin elektronlaşması vətəndaşların keçəcəyi prosesin daha rahat və şəffaf olmasına imkan yaradacaq.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az