Rusiyada miqrantlarla bağlı yeni qanun hazırlanıb, mənzil bir illik icarəyə veriləcək

Rusiyada miqrantlarla bağlı yeni qanun hazırlanıb, mənzil bir illik icarəyə veriləcək

Rusiyada Liberal Demokratlar Partiyası (LDPR) hökumətə miqrantları yalnız müqavilə əsasında mənzillə təmin etməyi məcbur edən və maksimum kirayə müddətini bir illə məhdudlaşdıran qanun layihələri göndərib.

Bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski məlumat verib.

“Əsas qaydalara əməl etməyən əcnəbi kirayəçilərlə qonşuluq ölkəmizin yerli əhalisi üçün əsl problemə çevrilib. Səs-küy, zibil, dava-dalaş, izdiham - reallıq belə görünür. İnsanlar həm uşaqları üçün, həm də özləri üçün qorxurlar. Belə mənzillərin sahiblərini tapmaq çox çətindir, polisə edilən zənglər miqrantların aqressiyasını daha da artırır. Qəbulumuza minlərlə oxşar müraciətlər var! LDPR fraksiyası hökumətə miqrantları yalnız müqavilə əsasında mənzillə təmin etməyi məcbur edən və maksimum kirayə müddətini bir illə məhdudlaşdıran qanun layihələri paketi göndərib”, - deyə o bildirib. (Report)

Mənbə: fed.az