“Su ehtiyatlarının qıtlığı, temperaturun artması kimi məsələlər Cənubi Qafqazın hər üç ölkəsində ildə 100 milyondan çox itkiyə səbəb olur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda tədbirdə çıxış edərkən deyib.
R.Prays bunun çox böyük itki olduğunu vurğulayıb. O bildirib ki, kiçik ərazilərdə maliyyə resursu tapmaqla bağlı çətinliklər mövcuddur: “Bununla yanaşı, ərazilərdə mütəxəssislər lazımdır, eləcə də kadr azlığı faktı qeyd edilməlidir. Biz adaptasiya tədbirləri və dözümlülüyün artırılmasına öz dəstəyimizi göstəririk, fəlakət və risklərin azaldılması istiqamətində də tədbirlər görürük”.
Mənbə: qafqazinfo.az