Sabah Bakının Nərimanov rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 02.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə İ.Həsənoğlu, Təbriz və K. Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mənbə: qafqazinfo.az