İraq Hava Yolları Bağdaddan Livanın paytaxtı Beyrut istiqamətindəki uçuşlara məhdudiyyət tətbiq edildiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyi yazılı açıqlama yayıb.
Məlumata görə, məhdudiyyətlərə səbəbi Suriya hava sahəsindəki təhlükəsizliklə bağlı məsələlərdir.
Həmçinin Ərbil Beynəlxalq Hava Limanının rəisi Əhməd Hoşyar da Ərbil-Dəməşq istiqamətindəki uçuşlara məhdudiyyət qoyulduğunu bildirib.
Mənbə: axar.az