AB Macarıstanın Ukraynanın quruma üzvlüyünə qarşı qoyduğu vetonu ləğv etməyə hazırdır.
Bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
"Bütün ölkələr üçün dəstək olan əsas plana əlavə olaraq, ehtiyat variantlar da var. Bizim B planımız və hətta V planımız var", - Kallas bildirib.
Onun sözlərinə görə, AB Budapeştlə danışıqları davam etdirir və razılaşma əldə olunmazsa, hərəkətə keçməyə hazırdır.
Mənbə: axar.az