Türkiyə aviaşirkətləri enişdən sonra təyyarə hələ tam dayanmamış yerindən qalxan sərnişinləri cərimə etməyə başlayır.
Reyslərdə təhlükəsizlik qaydaları ilə bağlı yeni qərarları ölkənin Mülki Aviasiya Baş İdarəsi yayıb.
Yeni qaydalara əsasən, enişdən dərhal sonra, “Təhlükəsizlik kəmərlərini bağlayın” tablosunun işığı sönmədən ayağa qalxan, baqaj bölmələrini açan və təyyarə bələdçisinin xəbərdarlıqlarına məhəl qoymayan sərnişinlər inzibati qaydada cərimə olunacaqlar.
“Türk Hava Yolları” isə artıq bu qaydaların tətbiqinə başlayıb. Şirkət qeyd edib ki, yeni normalar təkcə intizam tədbiri deyil, həm də sərnişinlərin təhlükəsizliyinə birbaşa təsir edən addımdır.
Bununla belə, cərimənin miqdarı açıqlanmayıb.
Mənbə: qafqazinfo.az