Sabah bu ərazidə işıq olmayacaq

Sabah bu ərazidə işıq olmayacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin yenilənməsi ilə əlaqədar iyunun 13-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Saat 10:00-dan saat 15:00-dək Buzovna qəsəbəsi Ruhulla Axundov və Heydər Eyvazov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mənbə: qafqazinfo.az