“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 26, 27, 28 və 29 iyun tarixlərində əlavə qatar reysləri təyin edib.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

Mənbə: qafqazinfo.az