Almaniya hərbi büdcəsini artırır

Almaniya hərbi büdcəsini artırır

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl 2025-ci ildə Almaniyanın müdafiə büdcəsinin 62,4 milyard avroya qədər artırılacağını bildirib.

Bu barədə "Bild" nəşri məlumat dərc edib.

Klinqbeylin sözlərinə görə, Almaniya Nazirlər Kabineti 2025-ci il üçün federal büdcə layihəsini, həmçinin 2026-cı ilin büdcə meyarlarını və 2029-cu ilə qədər maliyyə planını qəbul edib.


Mənbə: unikal.az