Bütün sosial ödənişlər verildi

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə “Qafqazinfo”ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, iyunun 5-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan MR, iyunun 21-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.

Mənbə: qafqazinfo.az