Ukraynanın baş naziri Denis Şmıqal ölkəsinin dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi gəlirlərdən Kanadadan təxminən 1,7 milyard dollar aldığını bildirib.
"Unikal" xəbər verir ki, Ukrayna baş nazirinin sözlərinə görə, pul ERA-nın təcili kredit proqramı çərçivəsində ayrılıb. O qeyd edib ki, ilin əvvəlindən Kiyevə təxminən 17,6 milyard dollar köçürülüb.
Mənbə: unikal.az