Xalq artisti, Azərbaycan estradasının pop divası Aygün Kazımova yeni görüntüləri ilə yenidən gündəmə gəlib.
Sənətçinin dəri geyimdə çəkilmiş görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub. Özünəməxsus üslubu, cazibədar görünüşü və səhnə enerjisi ilə seçilən Aygün Kazımova pərəstişkarlarından çoxsaylı təriflər alıb.
Paylaşılan kadrlar qısa müddətdə geniş yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin illərə meydan oxuyan görünüşünü, enerjisini və daim yenilənən imicini yüksək qiymətləndiriblər.
Şərhlərdə sənətsevərlər Aygün Kazımovanın hər zaman fərqli üslubu və xarizması ilə seçildiyini vurğulayaraq ona olan rəğbətlərini ifadə ediblər.(Milli.Az)
Mənbə: publika.az