Müğənni Pünhan Piriyev yenidən rəqs performansı ilə diqqət çəkib.
Daha əvvəl nişan mərasimində sərgilədiyi rəqslərlə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan sənətçi bu dəfə də fərqli çıxışı ilə gündəmə gəlib.
Yayılan görüntülərdə Pünhan Piriyevin xanəndə Nişanə Baxışova ilə birlikdə rəqs etdiyi anlar əks olunub. Onların nümayiş etdirdiyi performans izləyicilərin marağına səbəb olub.
Qısa müddətdə sosial şəbəkələrdə yayılan video istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub. Bəzi izləyicilər rəqsi bəyəndiklərini qeyd etsələr də, digərləri görüntülərlə bağlı fərqli fikirlər səsləndiriblər.
Sözügedən kadrlar sosial mediada ən çox müzakirə olunan paylaşımlar sırasında yer alıb.(Milli.Az)
Mənbə: publika.az