Kıvanç Tatlıtuğun yeni mövsümdə çəkiləcəyi "Dönence" serialında baş qadın rolunun ifaçısı hələ müəyyənləşməyib.
Aktrisa axtarışı təxminən 5 aydır davam edir.
Sosial şəbəkələrdə müxtəlif adlar səslənsə də, istehsalçı şirkət rəsmi açıqlama verməyib. Buna görə də Kıvanç Tatlıtuğun tərəf müqabilinin kim olacağı hələ də məlum deyil.
Aktyor həyat yoldaşı Başak Dizer Tatlıtuğ ilə birlikdə hava limanında görüntülənib. Jurnalistlər ona yeni layihəsi ilə bağlı suallar ünvanlayıblar.
Tatlıtuğ serial və tərəf müqabili barədə danışmayıb. O, sualları cavabsız qoyub.
"Dönence" serialı yeni mövsümün ən çox maraq doğuran layihələrindən biri hesab olunur.
İsmayıl
Mənbə: demokrat.az