"Eşidəndə, dəhşətə gəldim"

"Eşidəndə, dəhşətə gəldim"

Şair Çığatel İsaqızı haqqında yayılan sözlərə aydınlıq gətirib.

"Qonaqcanlı" verilişinə gələn şair şeirlərini baha satdığını deyənlərə cavab verib:

"Heç vaxt qonorar tələb etməmişəm. Kimsə şirinlik verirsə, götürmüşəm. Hətta bəstəkarlar məndən mahnı götürməsin deyə, yalan yayıblar ki, şeirə 2 min manat istəyib. Eşidəndə, dəhşətə gəldim. Mən də istəyərəm versinlər. Şairi xalq dolandırır. Eləsi var ki, şeirimi öz adına çıxır. Pulunu istəmirəm, heç olmasa adımı çək". (Axşam.az)

Mənbə: olke.az