"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." — Mətanət

"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." —

Aparıcı Mətanət Əliyeva ailəsindəki telefon asılılığından gileylənib.

Aparıcı bu barədə "Xəzər axşamı" verilişində danışıb.

O, övladlarının telefondan ayrıla bilməməsindən şikayətlənib:

"Evə gedəndə telefona nadir hallarda baxaram. Telefona nifrət edirəm. Evdə baxıram ki, oğullarımın hərəsinin əlində bir telefon, oturublar. Deyirəm ki, salam, ananız gəldi.

Dünən isə gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki, mən evə gəlmişəm. Mənə yazır ki, evə gəlirsən? Dedim ki, sən telefonda ayılsan, bilərsən ki, anan artıq iki saatdır evdədir. Necə əsəbiləşdimsə...".(axsam.az)

Mənbə: bizim.media