İyulun 5-də “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Bu barədə Mədəni və Etnik Müxtəliflik Mərkəzi (MEMM) məlumat yayıb.
Bildirilib ki, daha sonra konfrans iştirakçıları Laçında olub, işğal dövründə dağıntıları müşahidə edib, aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Həmçinin iştirakçılar iyulun 6-da Xankəndi şəhərində Zəfər parkını ziyarət edib.













Mənbə: qafqazinfo.az