Sevda Yahyayeva ailəsi ilə yeni fotosunu izləyiciləri ilə bölüşüb.
Fotolarda müğənni həkim-genetik əri Zakir Bayramov və 2 qızı ilə əks olunub.
İfaçı paylaşımına bu sözləri yazıb: "Səninlə qurduğumuz bu kiçik dünya hər gün daha da gözəlləşir. 2 balaca ürək, saysız-hesabsız gülüş və sonsuz şükür".
S.Yahyayeva və Z.Bayramov 2021-ci ildə ailə qurublar. Cütlüyün Ayla və Aida adlı qızları var.("Yeni Sabah")


Mənbə: publika.az