Yusif Səmədoğlunun 90 illiyi yubiley tamaşası ilə qeyd edildi - Fotolar

Yusif Səmədoğlunun 90 illiyi yubiley tamaşası ilə qeyd edildi -

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tamaşası nümayiş olunub.

Tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq yazıçısı Anar, Yusif Səmədoğlunun ailə üzvləri, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Xalq yazıçısı Anar Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu vurğulayıb. O, yazıçının həm yaradıcılığı, həm də şəxsi keyfiyyətlərindən danışaraq onunla uzun illər davam edən dostluq münasibətlərini xatırladıb.

“Yusif mənim ən yaxın dostum idi. Heyif ki, aramızdan tez getdi. Yusif Səmədoğlu çox istedadlı insan idi. Özü bu gün aramızda olmasa da, yaratdığı əsərlər yaşayır və bizimlədir”, – deyə Anar bildirib. Daha sonra Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş yubiley tamaşası tamaşaçılara təqdim edilib.

Lamiyə Məmmədova




Mənbə: qafqazinfo.az