40 yaşlı model İrina Şeyk 29 yaşlı amerikalı basketbolçu, “Feniks Sanz”ın oyunçusu Devin Bukerlə görüntülənib.
Görüş Nyu-Yorkun Şərqi Hempton şəhərindəki dəbdəbəli bir restoranda baş tutub. Görüş “X” sosial media saytında “Deuxmoi” adlı mənbə tərəfindən təsdiqlənib.
“NBA oyunçusu Devin Buker və model İrina Şeyk bu səhər Hamptonsda görülüblər”, – deyə məlumatda bildirilir.
Şahidlər cütlüyün bir masada mehribancasına söhbət etdiyini bildiriblər. Model özü kameralardan yayınmaq üçün restoranı arxa qapıdan tərk edib.
/news/big/k/g/irinu-shejk-zametili-na-svidanii-s-29-letnim-amerikanskim-basketbolistom-iz-nba_1785216769200484905.jpg)
Mənbə: publika.az