Mədəniyyət naziri Adil Kərimli Xalq şairi Nəriman Həsənzadənin ölümündən bir gün öncə onu müalicə olunduğu Mərkəzi Klinikada ziyarət edib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Belə ki, ötən gün baş tutan ziyarət zamanı Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev şairin səhhəti ilə bağlı məlumat verib. O qeyd edib ki, süni tənəffüs aparatına qoşulan ədibin səhhətində mənfi dinamika müşahidə olunur.
Xalq şairinin ailə üzvləri ilə söhbət edən nazir Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətləri olduğunu bildirib.
Qeyd edilib ki, ədibin yaradıcılığı hər zaman ölkə rəhbərliyinin diqqətində olub. Şair dövlətimizin ali təltiflərinə layiq görülüb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva tərəfindən şairin müalicəsi daim diqqətdə saxlanılıb.


Mənbə: qafqazinfo.az