Sosial mediadan erkən yaşda istifadə etməyə başlayan uşaqlar dərslər üzrə daha pis nəticələr göstərə bilərlər.
"Unikal" xəbər verir ki, İtaliyanın Milano-Bicocca Universitetinin tədqiqatçıları erkən sosial media istifadəsinin uşaqların məktəbdəki göstəricilərinə təsirini araşdırıblar.
İmtahan nəticələri təhlil edilən 13 və 14 yaşlı uşaqlar arasında ilk sosial media hesabını 11-12 yaşları arasında açanların imtahanlarda ən azı 14 yaşına qədər gözləyənlərlə müqayisədə daha pis nəticələr göstərdikləri aşkarlanıb.
Mənbə: unikal.az