1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

Çinin şərq hissəsində tüğyan edən “Dolfin” tayfunu ilə əlaqədar ölkə ərazisində ümumilikdə 1 milyondan çox sakin təxliyə edilib.

“Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları fırtınanın zəifləməsinə baxmayaraq, təhlükənin davam etdiyi barədə xəbərdarlıq edib.

Bildirilir ki, bununla əlaqədar olaraq, Çjoucziyan əyalətində 900 min nəfərdən çox, Fucyan əyalətində 168 min, Şanxayda isə təxminən 215 nəfərdən çox sakin təxliyə edilib. Təxliyə edilən sakinlər sığınacaqlara yerləşdirilib.

Hidrometeoroloqlar Fucyan əyalətinin bəzi rayonlarında, o cümlədən Ninde və Nanpin şəhərlərində güclü yağışların davam edəcəyini proqnozlaşdırırlar.

Təbii fəlakət ölkə ərazisində dağıntılara səbəb olub. Təkcə Şanxayda təxminən 1000 uçuşun ləğv edildiyi bildirilir.










Mənbə: qafqazinfo.az