Keçmiş həyat yoldaşı Britni Spirs haqqında danışdı: Bunu təkrarlayan olmadı

Keçmiş həyat yoldaşı Britni Spirs haqqında danışdı: Bunu təkrarlayan olmadı

Britni Spirsin keçmiş həyat yoldaşı Sam Asqari ondan ayrıldıqdan üç il sonra məşhur müğənni barədə diqqətçəkən açıqlamalar verib.

Asqari "Page Six"ə müsahibəsində Britni Spirsin yaradıcılığını yüksək qiymətləndirərək onu “pop musiqisinin şahzadəsi” adlandırıb.

O, Spirsin Maykl Cekson və Madonna kimi sənətçilərlə müqayisə edilə biləcəyini deyib. Asqari bildirib ki, müğənninin yaradıcılığını yalnız 2016-cı ildə onunla tanış olduqdan sonra daha yaxından qiymətləndirib.

“Pop musiqisinin şahzadəsi” titulunu daşımağın böyük məsuliyyət olduğunu vurğulayan Asqari deyib ki, Spirs pop dünyasında özünəməxsus standart yaradıb və bu səviyyəni heç kim təkrarlaya bilməyib.

Qeyd edək ki, Sam Asqari və Britni Spirs 2016-cı ildə “Slumber Party” klipinin çəkilişləri zamanı tanış olublar. Cütlük 2021-ci ildə nişanlanıb, 2022-ci ilin iyununda Los-Ancelesdə evlənib. Həmin ilin aprelində Spirs hamilə olduğunu açıqlasa da, may ayında cütlük körpəni itirdiklərini bildiriblər.

14 ay sonra Asqari boşanma üçün müraciət edib və səbəb kimi “barışmaz fikir ayrılıqları”nı göstərib.

Hazırda 44 yaşlı Britni Spirs sosial şəbəkələrdən uzaqlaşmağı, sabun və şam istehsalı üzrə şəxsi biznesini qurmağı planlaşdırır.

Müəllif: Adəm

Mənbə: publika.az