Lahor şəhəri ŞƏT-in mədəniyyət və turizm paytaxtı seçildi

Lahor şəhəri ŞƏT-in mədəniyyət və turizm paytaxtı seçildi
Pakistanın Lahor şəhəri 2026-2027-ci illər üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) turizm və mədəniyyət paytaxtı statusunu daşıyacaq.
Bununla bağlı müvafiq qərar təşkilatın Bişkekdə keçirilən Zirvə toplantısında təsdiqlənib.

"Toplantıda Lahor şəhərinin 2026-2027-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatının mədəniyyət və turizm paytaxtı elan edilməsinə dair sənəd imzalanıb", - deyə sammitin təşkilat komitəsindən bildirilib.

Mənbə: oxu.az