Gəncədə yerləşən Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sədri,Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən Regional bölməsinin əməkdaşları, eyni zamanda, xristian dinindən olan şəhər sakinləri iştirak ediblər.
Dini mərasim zamanı kilsə zəngləri çalınıb, dini ayinlər icra olunub. Mərasim Bakı və Azərbaycan yepiskopu Aleksiy tərəfindən icra olunub.Bakı və Azərbaycan yepiskopu Aleksiy qeyd edib ki, burada yaşayan pravoslav xristianlar Azərbaycan hökumətinin yürütdüyü xalqlar və dinlərarası siyasəti yüksək qiymətləndirirlər. “Bu yaxınlarda Moskva və bütün Rusiyanın Patriarxı Kirillin də dediyi kimi, Azərbaycan dünya üçün tolerantlıq, çoxkonfessiyalı, müxtəlif xalqların birgə yaşayış nümunəsidir”, - deyə o qeyd edib.
Xatırladaq ki, Ayinə Bakı və Azərbaycan yeparxiyasının yepiskopu Aleksiy (Smirnov) rəhbərlik edib.Qeyd edək ki, Aleksandr Nevski Kilsəsi Gəncə şəhərində 1887-ci ildə tikilib. Kilsə Bakı yeparxiyasının tabeliyindədir.



Mənbə: apa.az