Türkiyənin dövlət kanalı TRT 1-in tarixi serialı "Mehmed: Fetihler Sultanı" yeni mövsümə başlayıb.
Mövsümün ilk günlərindən ən çox müzakirə olunan obrazlardan biri Azərbaycan tarixinin böyük simalarından olan Uzun Həsən oldu.
Serkan Çayoğlunun baş rolda çəkildiyi serialın 84-cü bölümü 15 sentyabr axşamı yayımlandı.
Rəsmi YouTube kanalında "Uzun Hasan'dan Venedik Elçisi Zeno'ya Unutulmaz Karşılama" başlığı ilə paylaşılan fraqment bir neçə saata 100 mindən çox baxış toplayıb, müxtəlif sosial şəbəkərlərdə yayılıb.
Mənbə: qafqazinfo.az