“Barselona”nın yarımmüdafiəçisi Qavi zədələri ilə necə mübarizə apardığını danışıb.
o, psixoloqa müraciət etmədiyini, amma getmək istədiyini bildirib.
Qavi “Men’s Health” jurnalına verdiyi müsahibədə deyib: “Psixoloqa müraciət etmək həmişə faydalıdır. Pis və ya yaxşı vəziyyətdə olmağınızın fərqi yoxdur – yenə də vacibdir. Əvvəllər heç vaxt psixoloqa müraciət etməmişəm, amma görmək istərdim. Özümü ailəmlə təcrid etdim və bu, həqiqətən kömək etdi”.
Mənbə: publika.az