İlhamə Quliyeva sağ olsaydı... - Tolik

İlhamə Quliyeva sağ olsaydı... -

Tarix Əliyev (Tolik) mərhum Xalq artisti İlhamə Quliyevanın yoxluğunun Azərbaycan şou-biznesinə təsiri barədə fikirlərini bölüşüb.

O, sosial şəbəkə hesabında bu gün İlhamə Quliyeva həyatda olsaydı, şou-biznesin necə görünə biləcəyi ilə bağlı sual ünvanlayıb.

T.Əliyev bildirib ki, söhbət maddi maraq naminə restoran və kafelərdə çıxış edən müğənnilərdən deyil, özünü Azərbaycan şou-biznesinin bir parçası hesab edən sənətçilərdən gedir:

“İlhamə Quliyeva bu gün sağ olsaydı, şou-biznesimiz necə görünərdi? Görəsən, bu gün özünü sənətçi və ulduz hesab edənlərin neçəsi onun qarşısında özünü eyni rahatlıqla “sənət adamı” hesab edərdi?”

Aparıcı əlavə edib ki, bu gün şou-biznesdə səhnəsi olan, lakin səhnə mədəniyyəti olmayan, adı tanınsa da, çəkisi olmayan insanların sayı çoxdur:

“Bəlkə də bu gün bizə ən çox çatışmayan şey elə budur: çoxlarının səhnəsi var, amma səhnə mədəniyyəti yoxdur; adı var, amma çəkisi yoxdur”.

Mənbə: publika.az