Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?

Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?

"İncə səhər" verilişi yeni mövsümdə tamaşaçıların qarşısına çıxıb.

Verilişin aparıcısı Vüsalə Əlizadənin efirdə süni intellektlə bağlı zarafatı diqqət çəkib.

Canlı yayım zamanı aparıcı onu əvəz edən süni intellektə zarafatla "əsəbiləşib". O, özünə bənzədilən virtual aparıcının görüntüsünü gördükdən sonra maraqlı ifadələr işlədib.

"Mənim yerimə bunu tapmısınız? Özünü də mənə oxşadır. Məndə olan enerji onda heç vaxt ola bilməz. Çünki mən Allahın yaradılışıyam, o isə elektrik cərəyanına bağlı sadəcə bir qurğudur", - deyə Vüsalə bildirib.

Aparıcının süni intellektlə bağlı bu sözləri studiyada gülüşə səbəb olub. Canlı efirdə baş verən zarafatlı anlar sosial şəbəkələrdə də maraqla qarşılanıb.(milli.az)

Mənbə: publika.az