Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında “Nursema” obrazını canlandıran Ceren Karakoçun layihəyə geri dönəcəyi iddia edilir.
Bu haqda jurnalist Birsen Altuntaş məlumat paylaşıb.
Onun sözlərinə görə, beşinci mövsümün əvvəlində serialdan ayrılan Karakoçun yenidən heyətə qoşulması gözlənilir.
Lakin həmin obrazın süjet xəttinə necə qaytarılacağı hələlik məlum deyil.



Mənbə: qafqazinfo.az