“4 il əvvəl qabırğalarımı çıxartdırmışam” - Zenfira İbrahimova

“4 il əvvəl qabırğalarımı çıxartdırmışam” -

Müğənni Zenfira İbrahimovanın xarici görünüşündə etdiyi dəyişikliklə bağlı açıqlaması maraq doğurub.

Sənətçi "Qonaqcanlı" verilişində qonaq olarkən 4 il əvvəl estetik müdaxiləyə müraciət etdiyini etiraf edib.

İfaçı bildirib ki, təxminən dörd il əvvəl qabırğaları ilə bağlı əməliyyat keçirib. Onun sözlərinə görə, qabırğalarını tam çıxartdırmasa da, müəyyən dəyişikliklər etdirib. Müğənni yaxın zamanda da yenidən bəzi prosedurlardan keçdiyini deyərək həkiminə təşəkkürünü bildirib.


Sənətçinin bu açıqlaması müzakirələrə səbəb olub.

Mənbə: bizim.media