Sasseks hersoginyası Meqan Markl atası Tomas Marklla bağlı yaranan qalmaqal fonunda sosial şəbəkələrdən uzaqlaşıb.
Bu barədə “Page Six” nəşri məlumat yayıb.
Bildirilib ki, şahzadə Harri və Meqan Markl sosial şəbəkələrdən birbaşa istifadə etmirlər. Onların hesablarının idarə olunmasına və məzmunun paylaşılmasına kömək edən əməkdaşları var. Bu yanaşma cütlüyə psixi sağlamlıqlarını qorumağa imkan verir.
Qeyd edək ki, oktyabrın 23-də “The Sun” nəşri Tomas Marklın azyaşlı qızlara qarşı zorakılıq törətməsi ilə bağlı iddialar yayıb.
Müəllif: Roza
Mənbə: publika.az