Bir müddətdir eşq yaşayan türkiyəli aktrisa Devrim Özkan və aktyor Deniz Can Aktaş ilk dəfə birlikdə görüntüləniblər.
Məkanlardan birində yemək yedikdən sonra jurnalistlərin kamerasına tuş gələn cütlük suallardan yayınıb.
Belə ki, jurnalistlər onlardan münasibətləri ilə bağlı açıqlama almağa çalışsalar da, ikili sualları cavablandırmadan avtomobilə əyləşərək ərazidən uzaqlaşıblar.
İki gün öncə isə Devrim Özkan sevgilisi ilə çimərlikdə çəkilmiş fotosunu ilk dəfə şəxsi “Instagram” hesabında paylaşıb.

Qeyd edək ki, Devrim Özkan və Deniz Can Aktaş “Yeraltı” serialında tərəf müqabilidirlər. Cütlüyün münasibətinin də məhz bu layihədən sonra başladığı bildirilir.
Mənbə: qafqazinfo.az