“The Beatles” qrupunun keçmiş üzvü Pol Makkartninin sərvəti təxminən 1,4 milyard dollara çatıb. Bununla da o, dünyanın ən varlı üç musiqiçisindən biri olub.
“Forbes” jurnalının məlumatına görə, musiqiçinin əsas gəlir mənbələri “MPL Communications” şirkəti, “Apple Corps”un 25 faizlik payı, eləcə də mahnılarının müəllif hüquqları və musiqi satışlarıdır. Makkartni bu mənbələrdən ildə 50 milyon dollardan çox gəlir əldə edir.
“Forbes”un siyahısına əsasən, Makkartni 1,2 milyard dollar sərvəti olan Brüs Sprinqstini, eləcə də təxminən 1 milyard dollarlıq sərvətləri ilə Rihanna və Beyonsu geridə qoyub. Ondan yalnız Cey Zi (2,8 milyard dollar) və Teylor Svift (2 milyard dollar) öndədir.
Mənbə: publika.az