Təhsil eksperti Etibar Əliyev sosial şəbəkələrdə ziyalılarla şou-biznes nümayəndələrinin paylaşımlarına göstərilən marağı müqayisə edib.
O, bəyənmə və rəy sayındakı kəskin fərqi qabardıb:
“Mən heç kimin, həmçinin Nura Suri və Şəbnəm Tovuzlunun nüfuzunu kiçiltmək istəmirəm. Baxıram, folklorşünas, türkoloq, antropoloq, tərcüməçi, professor Arif Acalov haqqında son dərəcə maraqlı bir yazını 40 nəfər bəyənib. Nura Surinin sonuncu paylaşımını bəyənənlərin sayı isə 500 nəfərdir, Şəbnəm Tovuzlunun bir fotosuna isə 1.100 “bəyənmə” gəlib. Reallıq budur: ziyalının çevrəsinə eyni adı daşıyanlar daxil olmurlar. Narsisizm xəstəliyi “pandemiya” halını alıb”.
Mənbə: yenisabah.az