Əməkdar artist qızından danışdı: Özü seçdi, mən də dəstəklədim

Əməkdar artist qızından danışdı: Özü seçdi, mən də dəstəklədim

Əməkdar artist Elton Hüseynəliyev böyük qızı Məryəmin İngiltərədə yaşadığını açıqlayıb.

Müğənni bu barədə “Qonaqcanlı” verilişində danışıb. O, qızının Londonda təhsil aldığını bildirib:

“Böyük qızım Londonda təhsil alır. Məryəm İngiltərəyə getdi. Beynəlxalq əlaqələri seçdi. Özü seçdi, mən də dəstəklədim. Xanımım Tamilla uşaqların təhsili ilə bağlı çox həssasdır”. (Axşam.az)

Mənbə: publika.az