Aparıcı Xoşqədəm Hidayətqızı efirdə göz yaşlarına qərq olub.
"Səni axtarıram" ictimai-sosial verilişinin aparıcısı bildirib ki, o ailəsi ilə birgə İstanbulda olduğu zaman Bakıdakı bağ evindəki itləri yoxa çıxıb.
“Gecə bizə süd gətiriblər, qapı açıq olub, itlərimin ikisi də həyətdən çıxıb. Bilməyiblər, bəlkə də yağış imiş. Mərdəkan, Bilgəh ərazisində itiblər. Uşaqlar depressiyadadır. Biz uşaqlara piano çaldıqca, mahnılar öyrətdikcə mükafat, pul veririk.
Bu gün qapıdan çıxanda ikisi də yığdıqları pulu, 200 manatı gətirib mənə verirlər. Deyirlər ki, “bəlkə itimizi pula görə aparıblar, bunu ver, itimizi qaytarsınlar”. Bəlkə də o ərazidə yağış olub, kimsə yazığı gəlib evinə aparıb.
Sosial şəbəkələrdə paylaşacaqsınız, yazacaqsınız ki, it üçün ağladı, təhqirlər də yazacaqsınız. Biz onları çox sevirik, tapana mükafat da veriləcək. Bu itləri Arda ilə Arın çox sevir. Mən onları evə qoymuram. Amma Arda ilə Arın yorğanlarını aparıb üstlərinə örtürlər ki, soyuqdur. Yəni o qədər çox istəyirlər. Səhərdən yemək yeməyiblər”, - deyə Xoşqədəm vurğulayıb.
Xoşqədəm bildirib ki, itləri tapan şəxsi pulla mükafatlandıracaq.
Mənbə: bizim.media