İlhamənin bacısı miras qalmaqalından DANIŞDI: "Orxan dedi ki, “hər şey mənim olmalıdır”" - VİDEO

İlhamənin bacısı miras qalmaqalından DANIŞDI: "Orxan dedi ki, “hər şey mənim olmalıdır”" -

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) mərhum Xalq artisti İlhamə Quliyevanın mirası ilə bağlı pərdəarxası detallardan söz açıb.

Bizim.Media xəbər verir ki, Tolik bu haqda qonaq olduğu "O üz" portret verilişində danışıb.

Onun sözlərinə görə, sovetlər vaxtı dövlət tərəfindən mərhum sənətkarın anası Tükəzban İsmayılovaya bağışlanan evin yarım milyon manat qiyməti var:

"İlhamə Quliyevanın ölümündən sonra bir çox insanlar "Orxan (İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu - red.) niyə görə, İlhamə Quliyevanın varisi olmadı?" kimi suallarla çıxış etdilər. Amma onlar bir çox məsələlərdən bixəbərdirlər. Gülbahar xanım İlhamə xanımın doğma bacısı olmasa da, dövlət tərəfindən ən birinci və böyük varisidir. İlhamə Quliyeva hər zaman deyirdi ki, “Tükəzban xanıma bağışlanan o 3 otaqlı evi heç zaman satmayacağam. Oranı anamın ev muzeyi edəcəyəm”. O evin hazırda bazar qiyməti yarım milyon manatdan çoxdur. Bildiyimə görə, vərəsəlik söhbəti yarananda Gülbahar xanım bölgü edib. 5 varis arasında Gülbahar xanım Orxanın adını əlavə edib. Və təklif edib ki, bu evi Orxana bağışlasınlar".

Tolikin bu açıqlamasından sonra studiyada əyləşən Gülbahar xanım bildirib ki, Orxan nəyinki o evi, İlhamə Quliyevanın bütün mirasının onun adına keçməsini istəyib və buna görə, 2 il arda-arda məhkəmələr üz tutub:

"İlhamə xanım rəhmətə gedən günü, Lalə xanım (Orxanın doğma anası - red.) Orxan, bacım İradə və mən bir yerə toplandıq və Orxana söylədik ki, “əgər sənə bu mirasdan heç nə düşməsə də, biz 5 payıq, sən də ol əlavə bir pay. Birlikdə isə 6 pay olaq. Sənə avtomobilini də, evini də verəcəyəm”. Amma Orxan bununla razılaşmadı. Orxan Azərbaycanda məhkəmə qoymadı ki, bizi oraya verməsin. Məhkəmələri bir-bir gəzdik. Bunlar qanun-qayda bilmirlər nədir... Orxan 2 ildən çox oturdu İlhamənin evində... Sonda istər-istəməz o, evdən çıxmalı idi çünki, o, bütün məhkəmələrdə uduzdu və sonra əl çəkdi. Orxan o evi ona görə istəmədi ki, dedi ki, “mən İlhamə xanımın tək varisiyəm və hər şey mənim olmalıdır”. İlhamə xanımın iki avtomobilindən biri "BMW" markalı nəqliyyat vasitəsi Orxandadır. Biz Orxanı məhkəməyə verməmişik. Orxan bizi verib məhkəmələrə... Orxana nə lazım idisə, o, artıqlaması ilə öz payını götürüb. Lazımdırsa, bunu sübut da edə bilərəm".

Qeyd edək ki, ekspertizanın ilkin nəticələrinə əsasən, Xalq artisti İlhamə Quliyeva trombdan (qan damarının tutulması) 2016-ci ildə dünyasını dəyişib. O, 80-ci illərdə qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsümova soyadını daşıyıb. İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsümov olub. 

Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Xalq artistinin övladı olmadığı üçün, o, Orxan adlı oğlanı övladlığa götürüb. Quliyeva məşhur müğənni Tükəzban İsmayılovanın qızıdır. 
 


 

Mənbə: bizim.media