Səbinə geyiminə görə onu tənqid edənləri belə SUSDURDU

Səbinə geyiminə görə onu tənqid edənləri belə SUSDURDU

Xəbər verdiyimiz kimi, müğənni Səbinə Babayevanın Aleksandr Rıbakla Bakı konsertindəki səhnə geyimləri müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, müğənni sosial mediada onun stili barədə yazılan tənqidlərə laqeyd qalmayıb. İfaçı "Instagram"da konsertdən fotolar paylaşaraq bu iradların onu narahat etmədiyini vurğulayıb.

"İnsanların nə dediyi önəmli deyil, vacib olan tək şey mənim nə düşündüyümdür. Sizə nifrət edənlərə hörmət edin. Onlar o kəslərdir ki, sizin özlərindən daha yaxşı olduğunuzu düşünürlər. Bənzərsiz olmaq, mükəmməl olmaqdan daha yaxşıdır. Mükəmməl insanlar həmişə biri-birinin yanında olurlar", - deyə Səbinə Babayeva qeyd edib.

 

Mənbə: publika.az